Bu gün Şirvan Salyan regional təhsil idarəsində təqdimat olub . Təqdimat mərasimdə Təhsil Nazirliyinin müavini İdris İsayev Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak edib. İclasda Şirvan Salyan regional təhsil idarəsinin yeni müdüri Mənsimli Sənan Famil oğlu tədbir içtirakçılarına təqdim edilib.İclasda regionun 5 rayonu Neftçala, Salyan, Biləsuvar ,Şirvan, Hacıabul rayonundan gələn təhsil işçiləri iştirak etdi. Təhsil Nazirinin müavini iclasda bu regional idarələrin təhsildə keyfiiyyətinin dahada yüksəlməsinə nail olacaqında bildirdi. Nazir müvaini bu dəyişiklikdəki məqsədlərdən danışdı. İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda idi. Maliyyələşmə başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodiki kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq. Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək.