01.02.2022

  78 şagirdimiz RFO-nun yarımfinalına vəsiqə qazanıb

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

 

Nəticələrə əsasən, Şirvan şəhər  üzrə 78 şagird müsabiqənin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

Müsabiqənin birinci turunda Şirvan şəhər ümumtəhsil müəssisələri üzrə 425 şagird biliyini sınamışdı.

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir.

 

Qeyd edək ki, növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 10-15 fevral 2022-ci il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

 

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq


Açar sözlər: ,  ,