05.10.2021

     5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirildi.

       5 oktyabr 2021-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev və orta ümumtəhsil məktəblərinin müəllimləri iştirak edib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub.

Tədbir 21 nömrəli tam orta məktəbdə davam edib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirildikdən sonra xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, həmçinin ötən təhsil müddətində dünyadan köçən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

      Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev öncə tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir iştirakçılarının timsalında şəhərin bütün müəllimlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq hər il yeni-yeni məktəblərin tikilməsinin, təhsilin maddi-texniki bazasının, infrastrukturunun yenilənməsinin, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılmasının təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu il şəhərimizdə 1,10,11,18 nömrəli tam orta məktəblər cari, Uşaq Gənclər İnkişaf Mərkəzi əsaslı təmir edilib, 21 nömrəli tam orta məktəb üçün 624 şagird yerlik yeni tədris binası tikilib istifadəyə verilib.

       Sonra Vətən müharibəsinin iştirakçısı, 18 nömrəli tam orta məktəbin kimya müəllimi Məhəmməd Quliyevə, 1 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Şəmsiyyə Əsgərovaya və əməkdar müəllim 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyevaya söz verilib. Onlar müəllim peşəsini seçməkdən qürur duyduqlarını qeyd ediblər və təhsilə göstərilən diqqətə, qayğıya və 44 günlük Vətən müharibəsindəki qələbəmizə görə bütün müəllimlər adından Müzəffər Ali Baş Komandana və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildiriblər.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini təbrik edib və müəllim əməyinin əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə dəyər verib, böyük hörmətlə yanaşıb və təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları tikilib, əlavə korpuslar inşa olunub. Sevindirici haldır ki, bu prosses paytaxtla yanaşı, bütün bölgələri, o cümlədən Şirvanı da əhatə edir.

     Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2021-ci il tarixli təhsil işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən, 10 nömrəli tam orta məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Mirzəliyeva Emiliya “Əməkdar müəllim”, 14 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Babayev Həbibullah ”Tərəqqi” medalı, Əsgərova Şəmsiyyə Qabaqcil təhsil işçisi döş nişanı, 1nömrəli tam orta məktəbin direktoru Rzayeva Rəfiqə, məktəbin müəllimi İsmayılova Günel və 20 nömrəli tam orta məktəbin müəllimi Ağayeva Samirə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar. Şəhərin ictimai-siyasi həyatında yaxında yaxından iştirak edən və tədrisdə fərqlənən bir qrup müəllimə Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri təqdim edilib


Açar sözlər: ,  ,