14.06.2021

“Son zəng” tədbirləri keçirilib

14 iyun tarixində  Şirvan şəhər  ümumtəhsil məktəblərində karantin qaydalarına əməl olunmaqla “Son zəng” tədbirləri qeyd olunub.Tədbir iştirakçıları məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıblar.

Qeyd olunmalıdır ki, 2020-2021-ci tədris ilində Şirvan şəhər ümumtəhsil məktəblərinin XI siniflərini 607 nəfər şagird bitirib. 

2021-2022-ci tədris ilində rayon üzrə 1284 nəfər uşağın I sinfə qəbul ediləcəyi isə proqnozlaşdırılır.