02.06.2021

  Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələri açıqlanıb

Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəb yeni bir zirvəni fəth etdi. Bu gün məktəbin 11-ci sinif şagirdi Quliyeva Samirə Murad qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə RESPUBLİKA FƏNN OLİMPİADASININ final turunun qalibi olaraq QIZIL MEDALA layiq görülmüş və adını Respublika ümumtəhsil məktəbliləri arasında 5 qızıl medalçılar sırasına yazdırmışdır.
Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən şagirdimizi, onun müəllimlərini və valideynlərini təbrik edir, uğurlarının davamını diləyirik!