02.06.2021

  Müsabiqə qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən 2020-2021-ci tədris ilində ümumtəhsil məktəb şagirdləri arasında "Ən Yaxşı Təqdimat" müsabiqəsində Şirvan şəhər S.Hüseynov adına tam orta məktəbin 10-lisey sinif şagirdi Mahmudlu Cavad, hazırladığı "Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur" mövzusunda nümunəvi təqdimatı ilə şəhər üzrə birinci yerə çıxmış və növbəti mərhələdə adını Respublika üzrə QALİBLƏR sırasına yazdırmışdır. Bu münasibətlə Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Allahverdiyev Rövşən müəllim və məktəbin direktoru Rzayeva Rəfiqə müəllimə şagirdimizə Təhsil Nazirliyi tərəfindən qazandığı "Tərifnaməni" təqdim etdilər və xoş arzularını bildirdilər.


Açar sözlər: ,  ,