26.05.2021

Lütfizadə adına məntiq olimpiadasının final mərhələsi

Mayın 26-da Lütfizadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib.

 

Final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə Bakı, Sumqayıt şəhərləri  və Abşeron rayonu  ilə yanaşı 14 regionda yaradılmış  27 mərkəzdə təşkil olunub.  Ümumilikdə 2954, Şabran rayonu üzrə isə 13 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, sözügedən olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.


Açar sözlər: ,