“Ekokönüllülər Qrupu”nun fəaliyyəti

“Ekokönüllülər Qrupu”nun fəaliyyəti

 

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə bağlı Şirvan şəhər Təhsil Şöbəsinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə könüllü hərəkatlarının iştirakı ilə onlayn görüş keçirilib.

            Həmin görüşdə “Ekokönüllülər Qrupu”nun yaradılması müzakirə olunmuş və Şirvan şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən ibarət “Ekokönüllülər Qrupu” təsis olunmuşdur. Qrupun iştirikaçıları Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında 3000 və Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağacın əkilməsi, o cümlədən şəhərdə yaşıllıqların salınmasında“Şəhidlər Xiyabanı”nın, ümumtəhsil məktəblərinin, UGİM-in və  məcburi köçkünlər üçün inşa edilmiş binaların ətrafında yaşıllıq zolağının salınmasında yaxından iştirak etmişlər.

            Qrup üzvləri şəhər ekologiyasının qorunması və çirklənməsinin qarşısının alınması istiqamətində təbliğat və maarifləndirmə işlərini davam etdirirlər