Allahverdiyev Rövşən Sakit oğlu

 

    2017-ci ildən şəhər Şirvan Təhsil Şöbəsinə  Allahverdiyev Rövşən Sakit oğlu rəhbərlik edir. O, 1975cu ilin 20 may tarixində indiki Şirvan şəhərində anadan olmuşdur. 1997-ci ildə BDU-nun tarix fakultəsini bitirmişdir. 19971998-ci illərdə isə hərbi xidmətdə olmuş və leytenant rütbəsində hərbi xidməti başa vurmuşdur.Əmək fəaliyyətinə 1998-1999-cu illərdə  Şirvan şəhər Esetetik Tərbiyə Mərkəzində metodist kimi başlamışdır.
1999-2000-ci illərdə Şirvan ŞTŞ-də metodist, 2000-2002-ci illərdə isə Şirvan şəhər İcra Hakimyyətində hüquq şöbəsinin müdiri işləmişdir. R.Allahverdiiyevin  rəhbərlik keyfiyyətləri nəzərə alınaraq  İH-nin göndərişi ilə 2002-2004-cü illərdə Azərbaycan Respublikası yanında Dövlət İdarəetmə Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" fakultəsində təhsilini davam etdirmiş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005- illərdə Şirvan şəgər Gənclər və İdman İdarəsinin rəisi, 2005-ci ildən isə Təhsil Şöbəsində aparıcı məsləhətçi işləmişdir. 2017-ci ilin fevral ayında isə  Təhsil Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 
Yeni Azərbaycan Partiyasının üzvüdür. 
Ailəlidir. 2 övladı var.