28.04.2016

    Açıq dərs keçirilmişdir.

     25 aprel 2016-cı ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 3-cü sinfində açıq dərs keçirilmişdir. Açıq dərs "Dil qaydaları"na həsr edilmişdir. Müəllim Aybəniz Tağıyeva açıq dərs verməkdə məqsədi şagirdləri sürətli  duşünməyə,  oxuduqları və həyatda gördükləri haqqında fikirlərini sərbəst ifadə etməyə istiqamətləndirmək , onlarda təfəkkürü , dinləmə qabiliyyətini,  nitqi inkişaf etdirmək , dilçilik sahəsində əldə etdikləri  bilikləri müxtəlif tapşırıqlar üzərində tətbiqetmə bacarığı formalaşdırmaq, eyni zamanda da qarşıya çıxan problemləri müəyyən etmək və onların həlli yollarına tapmaq idi. Açıq dərsdə ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, metodistlər və valideynlər iştirak etmişlər.


Açar sözlər: ,