16.09.2019

    "Bilik günü" qeyd edilib

     16 sentyabr 2019-cu ildə Şirvan şəhərinin 16 ümumi təhsil müəssisələrində "Bilik günü" qeyd edilib. 2019-2020-ci dərs ilində ümumtəhsil məktəblərinin I siniflərinə 1400-ə yaxın  şagirdin qəbul olunması, 608 sinifdə 13700-dən yuxarı şagirdin təhsilə cəlbi nəzərdə tutulub. Bütün məktəblər yeni dərs ilinə hazırlıq işlərini başa çatdırılıv, müəssisələrdə əsaslı və cari təmir işləri aparılıb, pulsuz dərsliklər şagirdlərə paylanıb, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib. 

     Şəhər ictimaiyyəti üçün əlamətdar hadisələrdən biri də uzun müddət yararsız halda olmuş şəhər 5 nömrəli ümumi orta məktəbin yeni binasının açılışı olmuşdur.  Ölkə başçısının  müvafiq sərəncamı ilə in.a olunmuş 432 şagird yerlik bu məktəbdə müasir sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, idman və akt zalları fəaliyyət göstərərir.  Açılışda Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva, şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

    Yeni dərs ili ərəfəsində istedadlı uşaqların aşkara çıxarılması istiqamətində daha bir addım atlıb. Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan şəhərində lisey sinifləri bugündən fəaliyyətə başlayıb. Bu siniflərə 120 şagird qəbul olunub. 

    16 sentyabr 2019-cu dərs ili üçün prioritet istiqamətlər müəyyən edilib. Yeni dərs ili ərəfəsində qəbul edilən önəmli qərarlardan biri də  ibtidai siniflərdə, ümumi orta və tam orta təhsil səviyyəsində ilk dərslərin  mövzusunın seçilməsidir. Müəllimlər tərəfindən bu dərslərə ciddi hazırlaşmaqla güclü şəxsiyyətlərin, o cümlədən əmək veteranlarının, milli qəhrəmanların dəvət edilməsi,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun genişmiqyaslı, uğurlu və  zəfərli yürüşü barədə ətraflı məlumatın verilməsi nəzərdə tutulub.