20.05.2019

Fənn müsabiqəsi keçirilib

    Şəhər ümumtəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında fənn müsabiqəsi keçirilib. Müsabiqədə 366 şagird biliklərini sınayıb.  6-cı sinif şagirdlərinə riyaziyyat və informatika, 7-ci sinif şagirdlərinə isə fizika, kimya, biologiya fənləri üzrə sual kitabçaları təqdim olunub. Şagirdlər 25 ixtisas, 25 məntiq  olmaqla 50 suala cavab veriblər. hər sual 2 balla qiymətləndirilib. Müsabiqənin səmərəli təşkili məqsədilə Təşkilat komitəsi yaradılıb, nəzrətçi müəllimlər seçilib, bütün məktəblərdə ilk mərhələlər təşkil edilib. Fənn müsabiqəsinin əsas məqsədi istedadı ilə fərqlənən şagirdlərin aşkar edilməsi və gələcəkdə həmin şagirdlərlə bağlı hədəflərin müəyyənləşdirilməsidir. Müsabiqə şəhər 16 nömrəli tam orta məktəbdə keçirilib.