23.04.2019

   Şəhər ümumtəhsil məktəblərində "Oxu günü" təşkil olunub.

Şagirdlərin bədii ədəbiyyata olan marağının artırılası məqsədi ilə hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə şəhər ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilib.  Aprel ayının əvvəlindən başlayaraq kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində şagirdlərlə müxtəlif işlər görülüb, tədbirlər keçirilib.“Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılıb, məktəblərdə ədəbi-bədii gecələr, qiraət axşamları və poeziya saatları keçirilib, Azərbaycan yazıçılarının, o cümlədən İnam Ümidin "Şamların söhbəti", oxu sənətimiz olan " Laylalar" ,  C.Məmmədquluzadənin "Anamın kitabı", C.Cabbarlının "Mənsur və Sitarə" Ə.Haqverdiyevin "Bomba" və s. əsərlərdən parçalar səhnələşdirilib, “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Bu tədbirlərdə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət “Poeziya günü”, “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy”, M.Müşfiqin əsərlərinin oxusu və kitab sərgisi təşkil olunub.


Açar sözlər: ,  ,  ,