17.04.2019

    Vətəndaşların qəbulu keçirilib

    13 saylı Ərzai Maliyyə Hesablaşma Mərkəzinin rəisi Raqub Məhərrəmov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq Şirvan şəhərində vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar əsasən, işlə təmin olunma, dərs yükünün artırılması, əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı müraciət ediblər.  

    R.Məhərrəmov vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində Təhsil Şöbəsinin rəhbərliyinə  konkret tapşırıqlar verib. Qəbuldan sonra şəhər ümumtəhsil məktəblərinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçıları), psixoloqlar və uşaq birliyi rəhbərləri ilə görüş keçirilib.


Açar sözlər: