16.04.2019

Azərbaycan dili-milli varlığımızdır

    Şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan dili-milli varlığımızdır" mövzusunda inşa müsabiqəsi keçirilib. 2019-cu ilin mart-aprel ayında inşa müsabiqəsinin məktəb mərhələsi təşkil olunub, Məktəb mərhələsinin I-III yer qalibləri şəhər mərhələsində iştirak etmək hüququnu qazanıblar. Şəhər mərhələsi 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə təşkil olunub, şəhər 16 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytac İsmayılova-I yer, 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Zəhra Ağayeva-II yer, 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aygün Dadaşova-III yer tutub. Ümumilkdə müsabiqəyə 300-dən artıq şagird cəlb edilib.


Açar sözlər: ,  ,