12.04.2019

"Pedaqoji mühazirə" müsabiqəsinə yekun vurulub

    Şəhər 16 nömrəli tam orta məktəbin akt zalında təhsil işçilərinin iştirakı ilə "Təhsildə keyfiyyət ili" çərçivəsində pedaqoji mühazirələrin konfransı keçirilib. Təhsil Şöbəsində yaradılmış təşkilat komitəsinə 2018-ci ilin dekabr ayının sonunadək təqdim olunmuş pedaqoji mühazirələr işçi qrupunun üzvləri tərəfindən diqqətlə oxunub, araşdırılıb, Qaydalara əsasən təhlil olunduqdan sonra 9 mühazirə şəhər turuna vəsiqə qazanmışdır. "Pedaqoji mühazirələr"in şəhər turu konfrans şəklində təşkil olunub və müəllimlər öz mühazirələri ilə təhsil işçiləri qarşısında çıxış ediblər. Hər bir  məruzəçinin çıxışı işçi qrupunun üzvlərinin və iştirakçıların özləri tərəfindən qiymətləndirilib və nəticədə  mühazirə seçilərək Respublika Təşkilat Komitəsinə göndərilməsi qərara alınıb. 


Açar sözlər: ,  ,  ,