08.04.2019

Şeir müsabiqəsinə yekun vurulub

    Şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan dili-milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirilib. 2019-cu ilin mart ayında şeir müsabiqəsinin məktəb mərhələsi təşkil olunub, Məktəb mərhələsinin I-III yer qalibləri şəhər mərhələsində iştirak etmək hüququnu qazanıblar. Şəhər mərhələsi 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin akt zalında təşkil olunub, şəhər 9 nömrəli tam orta məktəbin şagirdi  Aysun Ağacanova-I yer, 16 nömrəli tam orta məktəbin şagirdi Ayşə Muradova-II yer, 4 nömrəli tam orta məktəbin şagirdi Fidan Vəlibəyova-III yer tutub. Ümumilkdə müsabiqəyə 150-dən artıq şagird cəlb edilib.


Açar sözlər: ,  ,