21.02.2019

"Ana dili" günü qeyd edilib

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər Planının 5-ci bəndinin yerinə yetirilməsi, eyni zamanda da "Ana dili " gününün qeyd edilməsi məqsədilə şəhər 16 nömrəli tam orta məktəbin akt zalında “Azərbaycan dili – milli varlığımızdır” mövzusunda tədbir keçirilib, şagirdlər ədəbi-bədii kompozisiya işə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,