19.02.2019

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

    Şirvan şəhər 18 nömrəli təbiət və humanitar fənlət təmayüllü məktəb-liseydə "Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib. Müsabiqənin məqsədi şagirdlərin Azərbaycan və dünya  ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək və mütaliəyə meyil və maraqlarını gücləndirmək üçün onların arasında sağlam rəqabət yaradılmasına nail olmaqdır. Şəhər mərhələsində 20 şagird iştirak edib, Onalara iki varintda 15 sual təklif olunub. Şagirdlər 3 saat ərzində verilən suallara cavab veriblər. 


Açar sözlər: ,  ,