05.02.2019

Respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir.

   2018-2019-cu dərs ilində Respublika fənn olimpiadalarına hazırlıqla bağlı bütün ümumtəhsil məktəblərində hazırlıq işləri aparılmış, noyabr ayında məktub turları keçirilmiş və istedadı ilə fərqlənmiş şagirdlər şəhər turuna vəsiqə qazanmışlar. 04 fevral  2018-ci ildə respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir. Şəhər turunda 400-dən çox ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. İstedadlı və bacarışı ilə seçilən 8-ci sinif şagirdləri də öz biliklərini sınamışlar. Bu bilik yarışı şəhər 10 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur.Olimpiada Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə aparılmışdır. Bütün fənləri üzrə isə 180 dəqiqə vaxt ayrılmışdır.

    2017-2018-ci dərs ilində keçirilən respublika fənn olimpiadalarında Şirvan şəhər18 nömrəli məktəb-liseyin XI sinif şagirdi  Ağəli Zeynallı riyaziyyat fənnindən "Gümüş" , şəhər 13 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əzizalı alışv "Coğrafiya" fənnindən "Bürünc" medal qazanıblar.. Həmin şagirdlər məktəbi  qızıl və gümüş medalla bitirməklə ali məktəbə yüksək nəticə ilə qəbul olunublar.