05.02.2019

 "Əlaçı" televiziya layihəsinin növbəti mərhələsinə start verilib

    Azərbaycan Respublikası Təhsil Nazilriyi və Game TV.az prodüsser mərkəzinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində  Şirvan şəhərinin, Füzuli, Beyləqan, Zərdab, Ucar, Göyçay, Kürdəmir, Saatlı, Sabirabad, İmişli,  və Hacıqabul rayonunun ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında "Əlaçı" televiziya layihəsinin seçim mərhələsi keçirilib. Seçim mərhələsində şagirdlər əvvəl özləri haqda sorğulara cavab verib, sonra isə test tapşırıqlarını yerinə yetiriblər. Seçim mərhələsinin qalibləri intellektual oyunun ilk mərhələsinə buraxılacaqlar.


Açar sözlər: ,  ,