17.01.2019

Seminar-müşavirə keçirilib

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq olunumuş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası na həsr olunmuş seminar-müşavirə keçirilib. Müşavirədə attestasiyanın aparılması "Qaydası" müazakirə edilərək məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənn metodbirləşmə rəhbərləri ilə maarifləndirmə və izahat işi aparılıb. Tədbirdə  giriş sözü ilə Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev çıxış edərək, yeni qəbul olunmuş qaydaların əhəmiyyəti və mahiyyəti haqqında ətraflı məlumat verib, metodiki kabinetin müdiri Elçin Həsənov "Qayda"nın təqdimatını edib və qaydalardan çıxan suallara aydınlıq gətirib, eyni zamanda da birinci yarımilin sonunda görüləcək işlər müəyyən edilib.


Açar sözlər: ,  ,