17.11.2018

İxtisasartırma təhsilinə start verilib

      Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə ixtisasartırma təlimlərinə start verilib. İxtisasartırma təlimlərinə şəhər ümumtəhsil məktəblərindən  ilkin mərhələdə 150 müəllim qatılıb. Onlardan 75 nəfəri Azərbaycan dili və ədəbiyyatı müəllimləri  "Yazı işinin təşkili metodikası" və digər 75 nəfəri sə "Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" üzrə təlimlərə iştirak edib.