30.10.2018

Valideynlərlə görüş

    22-30 dekabr 2018-ci il tarixlərdə şəhər ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və onların valideynləri ilə zonalar üzrə görüşlər keçirilib. Görüşdə ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının məzmun və forma dəyişikliyi və 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllərlə təşkili barədə söhbətlər aparılıb və ətraflı məlumatlar verilib. Cari ildə keçiriləcək buraxılış imtahanlarına xarici dil fənni əlavə olunub, eyni zamanda da imtahan suallarının sayında dəyişiklik olub. Əgər ötən il Azərbaycan dili imtahanında şagird bir mətn və həmin mətnə aid 10 qapalı tapşırığın, habelə 20 açıq tipli tapşırığın həlli təkllif olunurdusa, cari ildə 2 mıətn (bədii və publisistik) və hər mətn üzrə 10 tapşırıq (5 qapalı və 5 açıq) təklif olunur. Birinci mərhələdə aparılan imtahanlarda şagirdlərə açıq tipli suallar təklif olunacaq ki, bu zaman şagirdləridən yüksək bilik tələb ediləcəkdir. O da bildirilib ki, buraxılış imtahanlarının 1-ci mərhələsində iştirak etməyən şagird 2-ci mərhələyə buraxılmayacaq, üzrsüz səbəbdən imtahalarda iştirak etməyən şagirdə təhsil sənədi verilməyəcəkdir. Bundan əlavə iştirakçılara ötən ilin buraxılş imtahanlarının nəticələri barədə də ətraflı məlumat verilib.

    2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllərlə təşkili barədə valideynlərə məlumat verərkən təmayül siniflərin üstünlüyündən, orada şagirdin daha az yükləndiyindən, habelə həvəs göstərdiyi fənləri daha dərindən öyrənmək imkanı olmasından söhbət açıldı. Bildirildi ki, hal hazırda şəhərin 10 məktəbində təmayül sinifləri fəaliyyət göstərir. Həmin siniflər üçün yeni tədris proqramı, tədris vəsaitləri çap olunub. Şagirdlər həmin siniflərdə tədris proqramını aşağı siniflərdən öyrənməklə ali təhsil müəssisəsinə repetitor yanına getmədən məktəb şəraitində hazırlaşa bilərlər. 

    Görüş zamanı valideynləri və şagirdləri maraqlandıran suallara cavab verilib.

 

 

 


Açar sözlər: ,