19.10.2018

Rəsm və şeir müsabiqələrinə yekun vurulub

    Şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında 18 oktyabr- Müstəqillik Gününə həsr olunmuş rəsm və şeir müsabiqəsinə yekun vurulub.  Ümumilikdə bu müsabiqələrə 100-dən artıq şagird cəlb olunub. Müsabiqənin məqsədi şagirdlərdə Vətənə, torpağa sədaqət ruhunun aşılanması, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Şəhər 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin akt zalında şeir müsabiqəsi, Təhsil Şöbəsində rəsm müsabiqəsi təşkil olunub. Müsabiqənin yekun nəticələrinə görə  Ülkər Ələkbərova I yer, Turan Mirzəyev II yer, Cavad Mahmudlu III yer tutaraq şeir üzrə,  Sona Bağırova I yer, Fərid Məmmədov II yer, Səbinə Fətullayeva III yer və Fatimə Əhmədova IV yer tutaraq rəsm üzrə qalib olub. Sonda qaliblərə mükafat və diplomlar təqdim olunub.