25.09.2018

 Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə qalib olmuş "IV sinif şagirdlərinin oxuyub – anlama bacarıqlarının artırılması" layihəsinin həyata keçirilməsinə başlanılıb. 

    "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə qalib olmuş "IV sinif şagirdlərinin oxuyub – anlama bacarıqlarının artırılması" layihəsini həyata keçirilməsinə başlanılıb. Layihənin rəhbəri şəhər 3 nömrəli tam orta məktəbin fizika müəllimi, təhsil meneceri Vasif Zeynalovdur.
      Şirvan şəhərinin 3 müxtəlif ümumtəhsil məktəbindən seçilmiş 3 sinifdə 75 nəfər 2018-2019-cu tədris ilində  4–cü sinifdə təhsil alan şagirdlər bu layinənin iştirakçısı olacaqlar. Onlarla sentyabr ayında ilkin səviyyə imtahanı ediləcək. Bu imtahanda şagirdlər 20 sual Azərbaycan dili fənnindən, 20 sual riyaziyyat, 10 sual isə həyat bilgisi fənnindən olmaqla 50 sualdan ibarət test tapşırıqlarına cavab verəcəklər. Bu sınaq imtahanı keyfiyyətin izlənməsi üçün layihə müddətində 3 dəfə olmaqla hər 4 - 5 həftədən bir keçiriləcək. Nəticələr fənn müəllimləri və valideynlər ilə müzakirə olunacaq. Sualların hazırlanmasında həm test ilə işləmə bacarıqlarını, həm də şagirdlərin oxu bacarıqlarını inkişaf etdirəcək mövzulardan istifadə olunacaq. İlk imtahanın nəticələri açıqlandıqdan sonra şagirdlər iki qrupa bölünəcək. Bir sinifdə  Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənləri üzrə məşğələlər keçiriləcək, eyni zamanda bu dərslərə aid yeni tipli test sualları ilə sınaq imtahanları aparılacaq. Digər sinif ilə oxu bacarıqlarının artırılması, sosial fəaliyyətlərin təşkili, öyrədici bilik yarışlarının, sinif gecələrinin keçirilməsi, həftəsonu gəzintilərin təşkil olunması istiqamətində işlər görüləcək. Şagirdlərə layihə çərçivəsində müxtəlif tədris vəsaitləri ilə təmin olunacaqlar. 
      Düzgün oxuyub, intonasiyalı tələffüz edib, oxuduqlarını anlaya bildiyini yoxlamaq məqsədi ilə şeir müsabiqələri və məntiqi təfəkkürü inkişaf etdirə biləcək test sınaqların keçirilməsi planlaşdırılmışdır.Şagirdlərin oxuyub – anlama bacarıqlarının artırılması istiqamətində əlavə vəsaitlərdən istifadə olunacaq. Nəzərdə tutulan işlərin həyata keçirilməsi məktəb–müəllim–valideyn əməkdaşlığı sahəsində müəyyən problemlərin həllinə müsbət təsir göstərəcəkdir. 


Açar sözlər: ,  ,  ,  ,