15.09.2018

    "Bilik günü" qeyd edilib

    15 sentyabr 2018-ci ildə Şirvan şəhərinin 16 ümumi təhsil müəssisələrində "Bilik günü" qeyd edilib. 2018-2019-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərinə 1400-ə yaxın  şagirdin qəbul olunması, 558 sinifdə 12600-dən yuxarı şagirdin təhsilə cəlbi nəzərdə tutulub. Bütün məktəblər yeni dərs ilinə hazırlıq işlərini başa çatdırılıv, müəssisələrdə əsaslı və cari təmir işləri aparılıb, pulsuz dərsliklər şagirdlərə paylanıb, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib. 

    2018-2019-cu dərs ili üçün prioritet istiqamətlər müəyyən edilib. Yeni dərs ili ərəfəsində qəbul edilən önəmli qərarlardan biri də  ibtidai siniflərdə, ümumi orta və tam orta təhsil səviyyəsində ilk dərslərin  mövzusunın seçilməsidir. Müəllimlər tərəfindən bu dərslərə ciddi hazırlaşmaqla güclü şəxsiyyətlərin, o cümlədən əmək veteranlarının, milli qəhrəmanların dəvət edilməsi,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun genişmiqyaslı, uğurlu və  zəfərli yürüşü barədə ətraflı məlumatın verilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,