14.09.2018

Bölmə iclasları keçirilib

    Şəhər 18 nömrəli tam orta məktəbdə bölmə iclasları keçirilib.Bölmə iclaslarında məktəb rəhbərləri, metodbirləşmə rəhbərləri, ictimai əsaslarla fəaliyyət göstərən bölmə rəhbərləri, habelə kitabxanaçılar, psixoloq və uşaq birliyi rəhbərləri iştirak ediblər. İclasda təhsil naziri cənab Ceyhuin Bayramovun 2018-2019-cu dərs ilinin prioritet istiqamətlərinin müəyyən olunması barədə əmri geniş müzakirə olunmuş, hədəflər və vəzifələr müəyyən edilmiş, təlimatı məktublar, yeni dərs ilində tam orta təhsilin təmayüllərlə təşkili, habelə digər məsələlərlə bağlı tövsiyyətlər verilmiş, məsləhətləşmələr aparılmışdır. Sonda rəy və təkliflər qəbul edilmişdir.