11.09.2018

Təhsil içilərinin plenar iclası keçirilib

Şirvan şəhər Gənclər Evində təhsil işçilərinin “2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusuna həsr olunmuş plenar iclası keçirilib. İclasda şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev ölkə başçısı tərəfindən təhsilimizə göstərilən qayğıdan söz aşaraq bildirmişdir ki, 2017-ci ilin noyabr ayında modul tipli 19 nömrəli ibtidai məktəb tikilmiş, qəzalı vəziyyətdə olan 5 nömrəli ümumi orta məktəbin tikintisinə başlanıb. Ötən dərs ilində iki müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb, iki nəfər “Tərəqqi” medalı, 1 nəfər təhsil nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı və bir nəfər fəxri fərmanla təltif edilib. R.Allahverdiyev onu da vurğuladı ki,  dərs ili ərzində məktəblərdə müxtəlif  monitirnqlər aparılıb, təhsilin keyfiyyəinin yüksəldilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilib. Belə ki, işə yeni qəbul olunan gənc müəllimlərlə görüş keçirilib, onların təlim ehtiyacları öyrənilib. Yeni müəllimlərə məktəb rəhbərliyi tərəfindən hamilər təyin olunub, qabaqcıl müəllimlərin nümunəvi dərslərində iştirakları təmin olunub, seminarlar və dəyirmi masalar təşkil edilib.

2017-2018-ci dərs ilində tam orta təhsil səviyyəsində təmayülləşmənin genişləndirilməsi məqsədilə dərs ili ərzində şagird və valideynlərlə görüşlər keçirilib, söhbətlər və maarifləndirmə işləri aparılıb. Bütün şagirdlərin valideynlərindən ərizələr toplanaraq şagirdlərin seçimi müəyyən edilib və beləliklə proqnoz göstəricilər hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib.

Aparılmış işin nəticəsi olaraq  2017-2018-ci dərs ilində 14 tam orta məktəbin 4-də yalnız təmayül sinifləri, 6-da həm təmayül, həm adi siniflər, 4-də isə yalnız adi siniflər açılıb. Şəhər ümumtəhsil məktəblərin 22 sinif  komplektində 501 şagird olmaqla 10 sadə, 12 kombinə edilmiş təmayül sinifləri fəaliyyət göstərib, şagirdlərin 221 nəfəri isə adi siniflərdə oxuyub. 

Təhsil Nazilriyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə”  5 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinin icrası ilə bağlı bir sıra işlər həyata keçirilib. Beləki, Hacıqabul rayon Təhsil Şöbəsi ilə birgə Tədbirlər Planı işlənib hazırlanaraq təsdiq edilib və pedaqoji sahədə əməkdaşlıq edəcək məktəblər müyyən olunub.

Ötən dövr ərzində Təhsil Şöbələri qarşılıqlı tədbirlərdə, o cümlədən pedaqoji mühazirələrə dair konfransda, nümunəvi dərslərdə, respublika fənn olimpiadalarının şəhər turunun qalibləri ilə görüşdə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Təsviri sənət” müsabiqəsinin yekun mərhələsində qaliblərlə görüşdə,  məktəblilərin bilik festivalında  iştirak edilib, təcrübə və fikir mübadiləsi aparılıb.

2017-2018-ci dərs ilində şəhər ümumtəhsil məktəblərinin 11-ci siniflərini 719 nəfər bitirb, onlardan 567 nəfəri ali məktəblərə sənəd verib, bu da məzunların 78,8 % təşkil edir və ötənilkindən 20% çoxdur. Onlardan 311 nəfəri tələbə adının qazanıb. Abituriyentlərin 61 nəfəri 500-600 arası, 32 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlardan bir nəfəri “Qızıl”, bir nəfəri isə “Gümüş” medalla məktəbi bitirib.

Plenar iclasda daha sonra şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin direktoru İsmayıl Yusubov,  “Pedaqoji mühazirə” müsabiqəsinin qalibi, şəhər 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aygün Səmədova, işə yeni təyinat almış Həvva Cəfərzadə, məktəbi “Gümüş” medalla bitirən Alışov Əzizalı çıxış ediblər.

İclasın gedişində 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanov və Təhsil Nazilriyinin nümayəndəsi Orzan Abbasov iştirak ediblər.

Tədbirin sonunda ali məktəblərə yüksək balla qəbul olan məzunlara mükafatlar təqdim edilib.