12.06.2018

 "Polis uşaqların gözü ilə" müsabiqəsinə yekun vurulub

      Şirvan şəhər 18 nömrəli təbiət, humanitar fənlər təmayüllü məktəb-liseydə şəhər Təhsil Şöbəsinin və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan polisinin yaranmasının 100 illiyinə həsr olunmuş “Polis uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhər ümumtəhsil məktəblərinin IV-XI sinif şagirdləri arasında keçirilmiş inşa yazı, rəsm müsabiqələrinə və stolüstü tennis birinciliyinə yekun vurulub. Tədbirə 200-dən çox müəllim, şagird, valideyn və polis əməkdaşları cəlb olunub. 


Açar sözlər: ,  ,  ,