03.06.2018

1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd edilib

    Şəhər ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə 01 iyun 2018-ci ildə  Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açaraq təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev dövlətimiz və hökümətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, istedadlı şagirdlərin aşkara çıxarılmasından, aztəminatlı ailədən, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən ətraflı məlumat verib.

    Tədbirdə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov, Şura üzvləri, icma nümayəndələri iştirak edib. Aztəminatlı ailədən olan 40-dan artıq uşağa, habelə dərs ili ərzində uğur qazanmış şagirdlərə müxtəlif hədiyyələr verilib. Sonda şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.


Açar sözlər: ,