24.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təddbir 

        Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası bilik festivalı keçirilib.Bilik festivalında şəhərin bütün ümumtəhsil məktəbləri iştirak edib. Burada məktəblər dərs ili ərzində qazandıqları uğurları, əldə etdikləri nailiyyətləri ilə bölüşüb, fikir mübadiləsi aparıb, təcrübələri ilə paylaşıblar. Tədbirə 500-dən artıq şagird, müəllim, valideyn cəlb edilib. Tədbirin giriş hissəsini Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev açaraq Azərbaycanın keçdiyi şanlı yolundan, XX əsrdə iki dəfə müstəqillik əldə etdiyindən və bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin səyi nəticəsində qorunub saxlanılmasından iştirakçılara məlumat verib. Sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Bilik festivalına pedaqoji sahədə əməkdaşlıq  aparılan Hacıqabul rayon ümumtəhsil məktəbləri də dəvət alıb.