23.05.2018

Dərs dinləmələri təşkil edilib

        Təhsil İşçilərinin Peşəkar İnkişafı institutunun təşkilatçılığı ilə ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarının öyrənilməsi məqsədilə şəhər 18 nömrəli məktəb-liseydə ümumtəhsil məktəblərinin müəllimləri ilə sorğu aparılıb və dərs dinləmələri təşkil edilib. Tədbirdə 50-dən şox müəllim iştirak edib. Əvvəl müəllimlərin dərsləri dinlənilib, sonra isə dərslərin müzakirəsi aparılıb. Müzakirə zamanı müəllimlərə metodiki göstərişlər verilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda müəllimlərin rəy və təklifləri dinlənilib.


Açar sözlər: ,