19.05.2018

İdman birinciliyi keçirilib

           Uşaq-gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, şagirdlər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, məktəbli idmançılarının yarış təcrübəsinin artırlması məqsədi ilə basketbol idman növü üzrə respublika birinciliyi keçirilib. Şirvan şəhər 20 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışda respublikanın 13 rayonundan, o cümlədən, Şirvan şəhəri, Füzuli, Laçın, Xocavənd, Ağcabədi, Zərdab, Beyləqan, Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarından 2000-2003-cü il təvəllüdlü oğlanlardan ibarət komadalar təmsil olunub.

    Şirvan komandası yarışın qalibi olaraq I yerə layiq görülüb, Ucar və İmişli rayonlarının komandaları isə müvafiq olaraq II və III yerləri tutublar.

    Sonda komandalara hədiyyə və diplom verilib.