19.05.2018

Nümunəvi dərs 

Şirvan şəhər 1 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Aygün Mirzəyevanın 6-cı lisey sinfində "Siz səyahət etməyi sevirsiniz?" mövzusunda nümunəvi dərsi keçirilib. Dərs zamanı şagirdlər İngilis dili bacarıqlarını nümayiş edərək, qrup işləri həyata keçirib, müəllimin suallarını cavablandırıb,yaradıcı tətbiqetmə mərhələsində isə rollu oyundan istifadə ediblər. Nümunəvi dərs məktəb rəhbərliyi, metodistlər, habelə Hacıqabul şəhər 8 nömrəli məktəb-liseyin müəllimləri tərəfindən dinlənilib. Dərsdən sonra dəyirmi masa ətrafında dərsin müzakirəsi aparılıb.


Açar sözlər: ,  ,  ,