11.05.2018

Ümumşəhər tədbiri keçirilib

     Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində tədbir keçirilib, tədbirdə natıqlər çıxış edərək ulu öndərin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti  haqqında geniş məlumat verib, onun Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışıblar. Tədbirdə ulu öndərin keçdiyi şərəfli həyat yoluna və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

    Tədbir Dövlət Bayrağı Meydanında respublika sənətçilərinin iştirakı ilə bayram konserti ilə davam etdirilib.

 


Açar sözlər: