11.05.2018

Silsilə tədbirlər davam edir.

        Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.  Şirvan şəhər Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının təşkilatçılığı ilə məktəblilər və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında rəsm müsabiqəsi keçirilib. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının inzibati binasında təşkil olunmuş mükafatlandırma tədbirinə ictimaiyyətin nümayəndələri, müəllim və valideynlər dəvət olunub, Tədbirdə müsabiqənin əhəmiyyətindən, ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən geniş söhbət açılıb.

       Tədbirin sonunda müsabiqə qaliblərinə qiymətli hədiyyə və diplomlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,