08.05.2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş idman yarışı

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə respublika birinciliyi keçirilib. Şirvan şəhər 20 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışda respublikanın 13 rayonundan, o cümlədən, Şirvan şəhəri, Füzuli, Laçın, Xocavənd, Ağcabədi, Zərdab, Beyləqan, Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarından 2000-2003-cü il təvəllüdlü oğlanlardan ibarət komandalar təmsil olunub.

    Yarışın qalibi Füzuli, Xocavənd və Ucar rayonlarının komandası olub və müvafiq olaraq I, II və III yerləri tutublar.

    Sonda komandalara hədiyyə və diplom verilib.


Açar sözlər: