02.05.2018

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təsviri sənət müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi 10-17 yaş qrupları arasında olan gənclərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təsviri sənət müsabiqəsinin zona turunu keçirib. Şirvan şəhərində təşkil olunmuş zona turunda 14 rayon təmsil olunub. Şirvan şəhəri, Cəbrayıl, Füzuli, Beyləqan, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayonlarının məktəblilərinin rəsm işləri nümayiş edilib. Müsabiqədə 43 nəfər şagird iştirak edib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,  ,