27.04.2018

X  Rus dili və ədəbiyyatı olimpiadası olub

     Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə X Rus dili və ədəbiyyatı olimpiadası olub.Olimpiadaya Şirvan şəhəri, Hacıqabul, Sabirabad və İmişli rayonlarının 7-8-ci sinif şagirdləri qatılıb.Olimpiadanın rəsmi açılış mərasimində Təhsil Şöbəsinin metodiki kabinetinin direktoru Elçin Həsənov qonaqları salamlayaraq Şirvan şəhərində rus dilinin tədrisi vəziyyəti, habelə bu dilə olan maraq və indiyədək olimpiadada qazanılan uğurlardan danışıb. Daha sonra  Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru Valentin Denisov rus dilinin əhəmiyyətindən, iki xalqın dostluğunun möhkəmlənməsində bu dilin rolundan və olimpiadanın məqsəd və vəzifələrindən söz açıb. 

    Olimpiadaya 200-ə yaxın şagird cəlb olunub. Şagirdlər əvvəl yazı işlərini yerinə yetirib, sonra nitq qabiliyyətlərini nümayiş ediblər.Olimpiadanın nəticələri iyun ayının əvvəlinə açıqlanacaq. 


Açar sözlər: