19.03.2018

Təqdimat keçirilib

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinə yekun vurulub. Müsabiqədə şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqənin şəhər mərhələsində iştirak etmiş 15 şagird öz istedad və bacarıqlarını nümayiş edib ulu öndərin xatirəsinə bir daha  ehtiramlarını bildiriblər. Şəhər turunun qalibi şəhər 13 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəkərova Əsmər Elburus qızı olub.