16.03.2018

Konfrans keçirilib

    Şəhər 16 nömrəli tam orta məktəbin akt zalında təhsil işçilərinin iştirakı ilə "Təhsildə keyfiyyət ili" çərçivəsində pedaqoji mühazirələrin konfransı keçirilib. Təhsil Şöbəsində yaradılmış təşkilat komitəsinə 2017-ci ilin dekabr ayının sonunadək təqdim olunmuş pedaqoji mühazirələr işçi qrupunun üzvləri tərəfindən diqqətlə oxunub, araşdırılıb, Qaydalara əsasən təhlil olunduqdan sonra 9 mühazirə şəhər turuna vəsiqə qazanmışdır. "Pedaqoji mühazirələr"in şəhər turu konfrans şəklində təşkil olunub və müəllimlər öz mühazirələri ilə təhsil işçiləri qarşısında çıxış ediblər. Hər bir  məruzəçinin çıxışı işçi qrupunun üzvlərinin və iştirakçıların özləri tərəfindən qiymətləndirilib və nəticədə şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sona Tağıyevanın və şəhər 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aygün Səmədovanın mühazirəsi qalib hesab olunub. 


Açar sözlər: ,  ,  ,