09.03.2018

Görüş keçirilib

     Respublika fənn olimpiadalarının şəhər turunda qalib olmuş IX-XI sinif şagirdləri, onların valideynləri, fənn müəllimləri və məktəb rəhbərləri ilə görüş keçirilib.Görüşdə respublika fənn olimpiadalarının əhəmiyyətindən, olimpiadalarda şəhər ümumtəhsil məktəblərinin uğurlarından, bu sahədə aparılan işlərdən geniş söhbət açılıb. Bildirilib ki, son üç il ərzində bir neçə şagirdimiz, o cümlədən 2015-ci ildə 2 qızıl, 1 bürünc, 2016-cı ildə 1 qızıl,1 gümüş və  2 bürünc, 2017-ci ildə 1 qızıl və 1 bürünc medal əldə etmişlər. Cari dərs ilində şəhər turunda 400-dən artıq şagird iştirak edərək Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, fizika,kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə biliklərini sınamış və 64 şagird yarımfinala vəsiqə qazanmışdır.