05.02.2018

Respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir.

   2017-2018-ci dərs ilində Respublika fənn olimpiadalarına hazırlıqla bağlı bütün ümumtəhsil məktəblərində hazırlıq işləri aparılmış, noyabr ayında məktub turları keçirilmiş və istedadı ilə fərqlənmiş şagirdlər şəhər turuna vəsiqə qazanmışlar. 04 fevral  2018-ci ildə respublika fənn olimpiadalarının şəhər turu keçirilmişdir. Şəhər turunda 400-dən çox ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər. İstedadlı və bacarışı ilə seçilən 8-ci sinif şagirdləri də öz biliklərini sınamışlar. Bu bilik yarışı şəhər 18 nömrəli məktəb-liseydə təşkil olunmuşdur.Olimpiada Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə aparılmışdır. Azərbaycan dili və ədəbiyyatı, tarix, biologiya və coğrafiya fənləri üzə 90 dəqiqə, fizika, kimya, riyaziyyat və informatika fənləri üzrə isə 180 dəqiqə vaxt ayrılmışdır.

    2016-2017-ci dərs ilində keçirilən respublika fənn olimpiadalarında Şirvan şəhər ümumtəhsil məktəblərinin 2 şagirdi qalib olmuşdur.