25.12.2017

Sərgi keçirilmişdir.

    Şirvan şəhər 9 nömrəli tam orta məktəbdə IV sinif şagirdi Aysun Xələfovanın  "Aysun Xələfovanın maraq dünyası" adlı rəsm işlərindən ibarət sərgisi təşkil edilmişdir. Aysunun rəsm çəkməkdən başqa şeir və hekayə yazmaq qabiliyyəti var. Sərgi şagirdlərin marağına səbəb olmuşdur, çünki Aysunun uşaq dünyasından süzülüb gələn xəyalları,arzuları yoldaşlarına həm tanış, həm də doğmadır. Onun gələcək üçün daha böyük arzuları vardır. Biz Aysuna uğurlar, müvəffəqiyyətlər arzulayırıq.


Açar sözlər: ,