20.12.2017

Sınaq imtahanlarının nəticələri müzakirə edilmişdir.

    21-25 noyabr 2017-ci il tarixlərdə ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ilə buraxılış imtahanları formatında sınaq imtahanları keçirilmişdir. Sınaq imtahanları 2 mərhələdə, birinci mərhələdə  Azərbaycan dili fənni üzrə açıq və qapalı , riyaziyyat fənni üzrə açıq tipli,  ikinci  mərhələdə isə hər iki fənn üzrə qapalı tipli suallarla aparılmışdır. İmtahanların məqsədi şagirdlərin bilik bacarıqlarını yoxlamaq, açıq tipli suallarla işləmə texnikasını öyrətmək və vərdişini artırmaq olmuşdur. İmtahanların nəticələri IX sinifdə dərs deyən Azərbaycan dili və riyaziyyat müəllimlərinin iştirakı ilə müzakirə edilmiş, nəticələri yüksək olan ümumtəhsil məktəblərinin təcrübəsi öyrənilmiş, təcrübə mübadiləsi aparılmış, nəticəsi zəif olan məktəblərin müəllimlərinin çətinlikləri, problemləri və onların təlim ehtiyacları öyrənilmişdir. Müzakirə zamanı müəllimlərin rəy və təklifləri də dinlənilmişdir. 


Açar sözlər: ,  ,  ,