18.12.2017

Valideynlərlə görüş

    11-15 dekabr 2017-ci il tarixlərdə şəhər ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və onların valideynləri ilə zonalar üzrə görüşlər keçirilmişdir. Görüşdə ümumi təhsil səviyyəsində buraxılış imtahanlarının məzmun və forma dəyişikliyi və 2018-2019-cu dərs ilində tam orta təhsilin təmayüllərlə təşkili barədə söhbətlər aparılmış və ətraflı məlumatlar verilmişdir. Birinci mərhələdə aparılan imtahanlarda şagirdlərə açıq tipli suallar təklif olunacaq ki, bu zaman şagirdləridən yüksək bilik tələb ediləcəkdir. O da bildirilmişdir ki, buraxılış imtahanlarının 1-ci mərhələsində iştirak etməyən şagird 2-ci mərhələyə buraxılmayacaq, üzrsüz səbəbdən imtahalarda iştirak etməyən şagirdə təhsil sənədi verilməyəcəkdir. Bundan əlavə iştirakçılara  ötən ilin buraxılş imtahanlarının nəticələri barədə də ətraflı məlumat verildi.

    2018-2019-cu dərs ilində tam orta təhsilin təmayüllərlə təşkili barədə valideynlərə məlumat verərkən təmayül siniflərin üstünlüyündən, orada şagirdin daha az yükləndiyindən, habelə həvəs göstərdiyi fənləri daha dərindən öyrənmək imkanı olmasından söhbət açıldı. Bildirildi ki, hal hazırda şəhərin 10 məktəbində təmayül sinifləri fəaliyyət göstərir. Həmin siniflər üçün yeni tədris proqramı, tədris vəsaitləri çap olunmuşdur. Şagirdlər həmin siniflərdə tədris proqramını aşağı siniflərdən öyrənməklə ali təhsil müəssisəsinə repetitor yanına getmədən məktəb şəraitində hazırlaşa bilərlər. 

    Görüş zamanı valideynləri və şagirdləri maraqlandıran suallara cavab verilmişdir.

 

 

 


Açar sözlər: ,