12.12.2017

Heydər Əliyev və Azərbaycan təhsili

    

Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan otuz illik bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.

            1969-cu ildə  Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə Azərbaycanda milli-mənəvi dəyərləri qorumaqla,   tərəqqiyə,   elm və təhsilin yüksəldilməsinə nali olmaq üçün olduqca düşünülmüş elmi siyasət yeritməyə nail olmuşdur. Rəhbərlikdə olduğu 1969-1982-ci illərdə  Azərbaycan hökümətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına diqqət və qayğının artırılması olmuşdur.Lakin illərlə və böyük zəhmət hesabına qazanılmış nailiyyətlər 1989-1993-cü illərdə dağılmaq təhlükəsi ilə üz-üzə gəldi.Bu dağılma və tənəzzül xüsusən 90-cı illərin əvvəlində, müstəqillik əldə edildikdən sonra daha geniş miqyas aldı.Lakin ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən belə bir inkişaf konsepsiyası hazırlandı ki, milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutmalıdır.

            Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri, iyunun 24-də isə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.Artıq həmin ilin sentyabrın  21-də Elmlər Akademiyasında ziyalılarla ilk görüşünü keçirtdi.O, bu görüşdə söyləmişdir: Mənə sadalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var.Biz bunların hamısına son qoyacağıq.Nəyin bahasına olursa-olsun son qoyacağıq.Hansı iqtisadiyyat olursa-olsun elm inkişaf etməlidir...

            1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə   Azərbaycan Respublikasının Prezidenti seçildi.Qarşıda həlli şətin olan məsələlər dururdu:  atəşkəsə və sabitliyə nail olmaq, Qarabağ probleminin həllinə çalışmaq, Azərbaycanı dünyaya tanıtmaq və informasiya blokadasını yarmaq.Bununla belə həmin il məktəbəqədr təhsilin bazis proqramı işlənib hazırlandı.

            1994-cü ilin ilk yarısında atəşkəs haqqında saziş imzalandı.Paralel olaraq “Ümumtəhsil məktəblərin nümunəvi Əsasnaməsi”nin yaradılması məsələsi qoyuldu.Hökümətin böhran halını yaşamasına baxmayaraq heç olmasa ibtidai siniflər üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul edildi.Və o vaxtdan başlayaraq dərslikərin pulsuz paylanmasına start verildi.Eyni zamanda Azərbaycan müstəqillyinin möhkəmləndirilməsi yolunda bir sıra addımlar atdı.Elə 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq ” proqramına qoşuldu, Qarabağ probleminin həlli ilə bağlı Macarıstanda  keçirilən sammitdə ATƏT-in Minsk qrupu yaradıldı.Yenə də Heydər Əliyevin təşəbbüsü ilə.

            1994-cü ildə ölkənin tarixində daha bir əlamətdar hadisə baş verdi.Azərbaycanın dünya bazarına çıxışını təmin edən,iqtisadiyytımızın qüdrətini artıran, müstəqilliyimizin qarantı ola biləcək “Əsrin müqaviləsi” neft konsorsiumu imzalandı.Bu müqaviləyə dünyanın ən iri şirkətləri cəlb olunmuşdur.O, bunu bacardı çünki özünün dediyi kimi : “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.” Lakin bu son deyildi.Neftin dünya bazarlarına çatdırılması kimi mürəkkəb və eyni zamanda da reallığa çevriləcək məsələ dururdu.Və o, bunun öhdəsindən layiqincə gəldi.Bu gün onun adını fəxrlə daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri , bir vaxtlar xülya görünən layıhə  indi  büdcəmizə milyardlarla dollar mənfəət gətirir.Məhz bunun nəticəsidir ki, Azərbaycanda son 6 ildə 1500-ə yaxın məktəb tikilmişdir.Halbuki 1999-cu ilədək bu barədə danışmağa dəyməzdi.

            Niyə məhz 1999-cu il? 1994-cü ildə atəşkəs barədə saziş imzalansa da, regionda qismən sülhə nail olunsa da ölkə daxilində sabitlik mövcud deyildi.Çirkin niyyətlər güdən, erməni daşnakların dəyirmanına su tökən, xalq düşmənlərinin rəhbərliyi altında silahlı qruplaşmalar fəaliyyət göstərirdi.Onların dövlət çevrilişinə cəhdləri müstəqilliyimizə qarşı törədilən ən böyük təhlükə idi.Amma Heydər Əliyev  iki il ərzində bu təhlükəni də cəsarətlə dəf etdi və müstəqillik yolunda son maneələri də aradan götürdü.

            1999-cu ilədək təhsil sahəsində müxtəlif qərarlar qəbul edilsə də, təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün dövlət təminatı olmalı idi.Odur ki, 1998-ci ilin martında “Təhsil sahəsində islahatlar üzrə dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalandı və bunun ardınca “Təhsil sahəsində islahatlar Proqramı” qəbul edildi. Komissiyanın yekun iclasında çıxış edərək Heydər Əliyev demişdir: “Təhsil sistemi elə bir sistemdir ki,burada heç bir inqilabi dəyişiklik ola bilməz.Ümumiyyətlə bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır.”

            Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərin təmiri və avadanlıqlarla təchizatı idi.Heydər Əliyev 2000-ci ilin iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin zənginləşdirilməsi haqqında” yeni fərman imzaladı.Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə,idarəetmənin müasir prinsiplər üzrə təşkilinə,təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.

            2002-ci ilin sentyabrında Suraxanı rayonundakı  275 saylı məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir : “Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi  tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm.” Və çox keçmədi ki, həmin ilin oktyabr ayında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” taleyüklü sərəncam imzalandı.Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yardılmasında ciddi dönüşə səbəb oldu.

Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   demişdir : “Azərbaycan  dünyada analoqu olmayan sürətlə inkişaf edibdir.... Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir.  ”

            Bəli bu gün əminliklə və qətiyyətlə bildiririk ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın  davamılı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir. Biz Azərbaycanın inkişaf strategiyasının daim dövlət başçısının himayəsi altında olduğunun bir daha şahidi olduq və cənab Prezidenti əmin edirik ki, müstəqil Azərbaycanımızın çiçəklənməsi, möhkəmlənməsi naminə bundan sonra da var qüvvəmizi səfərbər edəcəyik.


Açar sözlər: ,  ,  ,  ,