29.11.2017

Beynəlxalq qiymətləndirməyə hazırlıq

   2018-ci ilin aprel-may aylarında Respublika üzrə seçilmiş məktəblərin 4-cü sinif şagirdlərinin iştirakı ilə TIMSS 2019 Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsinin keçirilməsi ilə əlaqədar şəhər ümumtəhsil məktəblərinin 4-cü siniflərində dərs deyən ibtidai sinif müəllimləri və tədqiqat aparılacaq ümumtəhsil məktəblərinin rəhbərləri ilə hazırlıq işləri aparılır. Bu məqsədlə bir günlük təlim-treninq təşkil olunmuşdur. Təlimin məqsədi TIMSS 2019 Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının mahiyyəti və əhəmiyyətinin çatdırılması və tədqiqatın düzgün yerinə yetirilməsi olmuşdur. 


Açar sözlər: ,  ,