27.11.2017

Sınaq imtahanı keçirilmişdir.

   25 noyabr 2017-ci il tarixdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhər 18 nömrəli məktəb-liseyin binasında ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanlarının II mərhələsi formatında sınaq imtahanı keçirilmişdir.  Buraxılış imtahanlarının I mərhələsi formatında sınaq imtahanları 21 noyabrda təşkil edilmişdir. Sınaq imtahanlarının məqsədi şagirdlərdə imtahanvermə  bacarıq və vərdişlərini formalaşdırmaq, sinif, məktəb və şəhər üzrə təlim keyfiyyətini müəyyən etməkdir. Sınaq imtahanlarının I mərhələsində şagirdlərə açıq tipli, II mərhələsində isə qapalı tipli suallar təklif  olunmuşdur. İmtahan nəticələrinin məktəb pedaqoji şuralarında geniş müzakirəsi nəzərdə tutulmuşdur.


Açar sözlər: ,  ,  ,